Putin sabah Minskə səfər edəcək - KTMT toplanır

2017/11/41d43468b795bfb6a69f234234_1511958066.jpeg
Oxunub: 512     20:19     29 Noyabr 2017    
Rusiya prezidenti Vladimir Putin sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak etmək üçün Minskə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Təşkilat çərçivəsində tərəfdaşlığın əsas məsələlərini müzakirə etmək nəzərdə tutulur. KTMT-nin kollektiv təhlükəsizlik sisteminin mükəmməlləşdirilməsi üzrə, həmçinin aktual beynəlxalq və regional problemlərin müzakirəsi də ediləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, bir sıra sənədlər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsinin 25 və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 15 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalanaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Putin   Minsk  


Bizi "telegram"da izləyin