Ordu.az xəbər verir ki, bu barədə bu gün ABŞ prezidenti Donald Tramp Cənubi Koreya respublikasının prezidenti Mun Çje İnlə telefon danışığı zamanı bildirib.
“Hər iki lider KXDR tərəfindən həyata keçirilən sonuncu raket atışının yalnız Birləşmiş Ştatlar və Koreya Respublikası üçün deyil, bütün dünya üçün təhlükə törətdiyi ilə razılaşıblar”, - deyə Ağ Ev tərəfindən ictimailəşdirilən bəyanatda qeyd olunub.
Qeyd edilir ki, siyasətçilər Şimali Koreyanın balistik raket və nüvə proqramının məsuliyyətsizlikdən yaranan qərar olduğunu təsdiq edərək bu addımların KXDR-in özünün təhlükəsizliyi üçün təhdid olması, diplomatik və iqtisadi izolyasiyasını gücləndirdiyini vurğulayıblar.
Ağalar Qəribov
Ordu.az