Rusiya Su-30-u Qara dənizdə ABŞ HHQ-nin təyyarəsini ələ keçirib? - Pentaqon

2017/11/orig-151185209448e60bac405b3f664b85715c9ae1d165345_1511861446.jpeg
Oxunub: 450     17:41     28 Noyabr 2017    
Qara dəniz üzərində Rusiyanın Su-30 qırıcısı ABŞ-ın sualtı gəmilər əleyhinə P-8A “Poseidon” təyyarəsini “təhlükəsiz olmayan” şəkildə “ələ keçirib”.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə bu gün Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldanzu bəyan edib.

“Amerika təyyarəsi beynəlxalq hava məkanında idi və Rusiya tərəfini provokasiya eədəcək heç nə etməyib”, - deyə Baldanzu bildirib.

Baldanzu həmçinin qeyd edib ki, bu hadisə “təhlükəsiz olmayan” şəkildə baş verib. Belə ki, Rusiyanın Su-30 təyyarəsi “Poseidon”un üzərindən keçib ki, bu zaman amerikalı pilot nəzarəti itirərək qəfil manevr etməli olub və nəticədə təyyarə “çox güclü turbulentlik” zonasına düşüb.

Pentaqon əmindir ki, Su-30-un fəaliyyəti hər iki ekipajın “çox ciddi zədə və yara” almasına səbəb ola bilərdi.
Bu gün isə Rusiya Dövlət Dumasının müdafə üzrə komitəsinin rəhbəri Yuri Şvıtkin ABŞ təyyarəsinin “ələ keçirilməsi” məsələsini şərh edib.

“Bu istənilən halda gərəksiz şəkildə eskalyasiyanın gərginləşdirilməsidir. ABŞ təyyarələrinin Qara dəniz üzərindən uçması Ukrayna rəhbərliyinə dəstəyin nümayişidir. Həmçinin bu, Rusiya Aerokosmik Qüvvələrinin reaksiyasının, bizim hava hücumundan müdafiə vasitələrimizin reaksiyasının yoxlanılmasıdır”, - deyə Şvıtkin vurğulayıb.

Qeyd edək ki, “Boeing P-8 Poseidon” təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin düşmənin sualtı gəmilərini aşkarlamaq və məhv etmək təyinatlı təyyarəsidir. Onu həmçinin suüstü gəmilərə qarşı və xilasetmə əməliyyatlarında istifadə etmək mümkündür.

Rusiya Aerokosmik Qüvvələri NATO ölkələrinin təyyarələrini davamlı olaraq müşayiət edir və ya ələ keçirirlər. Rusiya Müdafiə Nazirliyi hər həftə ölkə sərhədlərində ələ keçirilən və ya müşayiət edilən xarici təyyarələrlə bağlı statistika açıqlayır.

Ələ keçirmə hadisəsini şərh edən NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, Rusiya Aerokosmik Qüvvələri bir qayda olaraq belə əməliyyatları peşəkar və təhlükəsiz şəkildə həyata keçirir, həmçinin bu, adi praktikadır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-30   Poseidon  


Bizi "telegram"da izləyin