"Poseidon" sözünə uyğun 40 nəticə tapıldı!

Avstraliyanın P-8A “Poseidon” təyyarələri “Harpoon” raketlərini atıb

2018/07/37723811_2612421335650685_7316715911040204800_n_1532457353.jpg
Oxunub: 622     02:51     25 İyul 2018    
Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus P-8A “Poseidon” təyyarələri ilk dəfə olaraq “Harpoon” raketlərini atıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, raketin atışı Sakit okeanda davam etməkdə olan RIMPAC təlimlərində baş tutub və öz hədəfini uğurla vurub.

Qeyd edək ki, iyunun 27-dən etibarən başladılan və bir çox dövlətin donanmasının iştirak etdiyi RIMPAC təlimləri avqustun 2-də başa çatacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avsraliya   Poseidon   Harpoon   RİMPAC