Ordu.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News"a müsahibəsində bildirib.
O qeyd edib ki, xüsusi elçi Uitkoff və Cared Kuşner bu həftə yüksək səviyyəli görüşlərdə iştirak etmək üçün Dohaya yola düşəcəklər.
"Biz orada qarşılıqlı anlaşma memorandumunun müzakirəsini davam etdirəcəyik. Bu yüksək səviyyəli danışıqlar çərçivəsində texniki danışıqlar da baş tutacaq", - o vurğulayıb.
Ordu.az