Rusiyanın Dneprə zərbəsi nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb - YENİLƏNİB

2026/05/1778610338.jpg
Oxunub: 472     15:47     29 İyun 2026    
Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfər ölüb, xəsarət alanların sayı 29-a çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb.

"Rusiya Dneprə raket zərbəsi endirib. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir. Zərərçəkənlərə bütün lazımi köməklik göstərilir. Əfsuslar olsun ki, hazırda 5 nəfərin öldüyü məlumdur. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Zərbə nəticəsində 29 nəfər xəsarət alıb", - o yazıb.

Ukrayna Prezidenti həmçinin bildirib ki, Zaporojyedə Rusiya pilotsuz uçuş aparatının avtobusa endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bundan əlavə, onun sözlərinə görə, Nikopolda Rusiya qoşunları xilasedicilərə və yanğınsöndürən maşına təkrar hücum ediblər. Eyni zamanda, Sumı, Odessa və Çerniqov vilayətlərində enerji infrastrukturu obyektlərinə, eləcə də Xersona və Xarkov vilayətinə zərbələr endirilib.

V.Zelenski əhalinin Rusiyanın hücumlarından müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, Ukraynaya ilk növbədə ballistik raketlərin qarşısını almaq üçün raketdən müdafiə sistemlərinin lazım olduğunu qeyd edib.

O, həmçinin Avropanı raketdən müdafiə sistemlərinin yaradılması və müvafiq raketlərin istehsalı üzrə işləri fəallaşdırmağa çağırıb.

***

Rusiyanın Dneprə (Ukrayna) endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında məlumat verib.

"Rusiyanın Dneprə endirdiyi zərbə nəticəsində artıq 21 nəfər yaralanıb. Beş nəfərin vəziyyəti ağırdır - onlar 22, 33, 54, 58 və 59 yaşlı kişilərdir", - Qanja bildirib.

Daha əvvəl verilən məlumata görə, Rusiya qoşunları Dneprə ehtimal ki, ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində özəl müəssisəyə ziyan dəyib. Son məlumatlara görə, ölənlərin sayı (4 nəfər) dəyişməyib.

***

Ukraynanın Dnepr şəhəri iyunun 29-u gündüz saatlarında ballistik raket hücumuna məruz qalıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, zərbələr nəticəsində 4 nəfər mülki şəxs həlak olub.

Raket zərbəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Dnepr   Ukrayna  


Bizi "telegram"da izləyin