Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında yeni dövrün əsasını qoyan hadisə olub"

2025/10/1759837098.jpg
Oxunub: 163     13:59     29 İyun 2026    
Düz yüz il əvvəl, 1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elm və mədəni həyatında yeni bir dövrün əsasını qoyan böyük tarixi hadisə olub.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd olunub.

"Biz həmişə qürur hissi ilə xatırlayırıq ki, həmin qurultayda Özbəkistanın 11 tanınmış ziyalısı iştirak edib", - prezident deyib.

O qeyd edib ki, bu gün beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu əlamətdar tarixi geniş şəkildə qeyd edərkən, sözügedən forumu türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiram və dərin hörmətin təcəssümü kimi dəyərləndirmək lazımdır:

"Şübhəsiz ki, milli yaddaşımızda silinməz iz qoymuş həmin tarixi qurultaydan bəhs edərkən, türk dünyasının cədidçi maarifçilərinin misilsiz xidmətlərini bir daha dərin minnətdarlıq hissi ilə xatırlayırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirziyoyev   Özbəkistan  


Bizi "telegram"da izləyin