“Bloomberg”: Britaniya köhnə aviadaşıyıcılarını yeni hibrid döyüş gəmiləri ilə əvəz edəcək

2024/03/2024--1709283249.jpg
Oxunub: 245     09:15     29 İyun 2026    
Böyük Britaniya köhnəlmiş döyüş gəmilərini əvəz etmək üçün yeni hibrid döyüş gəmiləri hazırlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya köhnəlmiş “Type-45” sinfinə məxsus döyüş gəmilərini yeni esmineslərlə əvəz etmək planından imtina edib. Bunun əvəzinə müasir müharibənin tələblərinə uyğun ən azı altı universal döyüş gəmisi alınacaq.

İlk təhvilin 2030-cu illərin əvvəllərində həyata keçirilməsi planlaşdırılır. Əvvəllər köhnəlmiş gəmilərin “Type-83” sinfinə məxsus yeni esmineslərlə əvəz olunması nəzərdə tutulurdu, lakin həmin layihənin hazırlanması dayandırılıb və proqramdan imtina edilib.

Yeni hibrid gəmi konsepsiyası donanmanın ənənəvi silah sistemləri əvəzinə pilotsuz uçuş aparatlarından geniş istifadə imkanları nəzərə alınmaqla hazırlanacaq.

Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni gəmi havada, suyun səthində və sualtında fəaliyyət göstərən insansız sistemlər üçün idarəetmə mərkəzi funksiyasını yerinə yetirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Gəmi   Avidaşıyıcı  


Bizi "telegram"da izləyin