Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
O vurğulayıb ki, bütün bu proses ərzində Bakı Qurultayının ortaya qoyduğu baxış yolu işıqlandıran bir mayak olaraq öz əhəmiyyətini qoruyub saxlayır:
"Türkiyənin ən səmimi arzusu Türk dünyasının ortaq tariximizə, dilimizə və mədəniyyətimizə sahib çıxması, qədim keçmişimizdən aldığı güclə "Türk əsri"ni inşa etməsidir".
Ordu.az