Gürcüstan İsrailə yeni səfir təyin edib

2026/05/1779808189.jpg
Oxunub: 221     09:09     29 İyun 2026    
Gürcüstan Prezidenti İsraildə ölkənin fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Beka Dvalini təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə “Georgia Online” Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Dvali həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatında, həm də xaricdəki diplomatik nümayəndəliklərdə uzunillik iş təcrübəsinə malikdir.

O, 2022-ci ildən Gürcüstanın Avstraliyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2012-2022-ci illərdə isə Cənubi Afrika Respublikasında ölkəsinin diplomatik missiyasına rəhbərlik edib.

Bundan əvvəl o, Böyük Britaniyada fövqəladə və səlahiyyətli elçi, Gürcüstanın ABŞ-dəki səfirliyində baş müşavir, Xarici İşlər Nazirliyinin Avropaya inteqrasiya departamentinin direktor müavini və nazirliyin beynəlxalq təşkilatlar departamentinin BMT idarəsinin rəhbəri vəzifələrində çalışıb.

Beka Dvali fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   İsrail   Səfir  


Bizi "telegram"da izləyin