Ordu.az xəbər verir ki, Si Cinpin bu barədə iyunun 29-da Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Pekində keçirdiyi görüş zamanı danışıb.
“Çin Belarusun dövlət suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumasını, həmçinin ölkənin daxili şəraitinə uyğun inkişaf yolu ilə irəliləməsini dəstəkləyir”, - deyə Çin liderinin sözlərini CCTV telekanalı sitat gətirib.
Si Cinpin bildirib ki, Çin öz imkanları çərçivəsində Belarusun milli inkişafı və dövlət quruculuğu sahəsində dəstəyini davam etdirmək niyyətindədir.
Çin Prezidenti vurğulayıb ki, tərəflərin strateji qarşılıqlı fəaliyyəti qorunub saxlanılmalıdır.
Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlərin yüksək səviyyədə davamlı inkişafına təkan verəcək və hər iki ölkənin xalqlarının maraqlarına xidmət edəcək.
Sevinc Əliyeva
Ordu.az