Zelenski “Ukrayna Milli Panteonu”nun yaradılması haqqında qanun layihəsini parlamentə təqdim edib

2026/06/1780501213.jpg
Oxunub: 208     09:06     29 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna Milli Panteonu”nun yaradılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” parlamentin saytında dərc olunan sənədə və Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovun açıqlamasına istinadən məlumat yayıb.

Budanov bildirib ki, təşəbbüs tarixi ədalətin bərpasına, milli birliyin möhkəmləndirilməsinə və gələcək nəsillər üçün dövlət yaddaşı sisteminin formalaşdırılmasına yönəlib. Onun sözlərinə görə, qanun layihəsi Ukrayna cəmiyyətinin həmrəyliyi baxımından mühüm əhəmiyyət daşıyır və ölkənin “dövlət yetkinliyini” əks etdirir.

Prezident Ofisinin rəhbəri qeyd edib ki, yaddaş sistemi həm tarixi şəxsiyyətləri, həm də ölkənin müasir müdafiəçilərini əhatə etməlidir. O vurğulayıb ki, ukraynalılar öz qəhrəmanlarını və tarixi dəyərlərini xarici təsirlər olmadan müəyyən etməlidirlər.

Prezident Ofisində qanun layihəsinin parlament tərəfindən qısa müddətdə müzakirə olunaraq qəbul ediləcəyinə ümid edirlər.

Xatırladılıb ki, Zelenski 2026-cı il apreldə görkəmli ukraynalıların xatirəsinə həsr olunmuş Milli Panteonun yaradılacağını açıqlamışdı. Bu istiqamətdə ilk addım Andrey Melnik və həyat yoldaşı Sofiyanın nəşinin Lüksemburqdan gətirilərək yenidən dəfn edilməsi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin