Ordu.az xəbər verir ki, bu barədə bazar ertəsi İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun açıqlamasında bildirilib ki, “Hizbullah” tərəfindən atəşkəs rejiminin pozulmasına və təhlükəsizlik zonasında İsrail hərbçilərinə qarşı davam edən hücumlara cavab olaraq ötən gün Livanın cənubundakı Nəbatiyyə və Mayfadun bölgələrində yerləşən qruplaşmanın üç komanda mərkəzi vurulub.
Xatırladaq ki, Livan və İsrail nümayəndələri iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıblar.
“Hizbullah”ın lideri Naim Qasım Vaşinqtonda imzalanmış sənədin hüquqi qüvvəyə malik olmadığını bildirərək onu “suverenliyin itirilməsi” adlandırıb.
Saziş digər məsələlərlə yanaşı, Livanın cənubunda İsrailin nəzarətində olan təhlükəsizlik zonasının saxlanılmasını və İsrail tərəfinin iddiasına görə, Livanda “Hizbullah”ın tam silahsızlaşdırılmasını nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az