Aİ Rusiya əleyhinə sanksiyaların müddətini uzadıb

2025/08/1755698126.jpg
Oxunub: 165     03:27     19 İyun 2026    
Avropa Birliyi liderləri Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəliblər.

Bu barədə Ordu.az Avropa İttifaqı Şurası sədrinin mətbuat katibliyinə istinadən xəbər verir.

"Ukraynadakı vəziyyətlə bağlı müzakirələr başa çatıb. Aİ liderləri Ukrayna ilə bağlı qərar qəbul ediblər və Rusiyaya qarşı sanksiyaların 12 ay müddətinə uzadılmasına dair qərar veriblər", - deyə məlumatda qeyd olunub.

Qərar Aİ dövlət və hökumət başçıları tərəfindən əvvəlcə Ukrayna Prezident Volodimir Zelenskinin, daha sonra isə 27 üzv dövlətin liderlərinin iştirakı ilə Ukraynadakı vəziyyətlə bağlı müzakirələrdən sonra qəbul edilib.

Qeyd edək ki, Brüsseldə keçirilən sammitdə Aİ liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyalar paketini altı ay əvəzinə bir il müddətinə uzatmaq qərarına gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin