Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin iddiasına görə, Paşinyan bunun əvəzində İlham Əliyevə başqa, eyni əhəmiyyətə malik addımlar atacağını vəd edir. Məqalədə belə addımlardan biri kimi ölkədə revanşizm ideyasının tamamilə aradan qaldırılması göstərilir.
Qəzet qeyd edir ki, 7 iyun seçkilərindən sonra konstitusiya çoxluğunu itirən Paşinyan alternativ yollarla konstitusiya referendumu keçirməyin asan proses olmadığını izah etməyə çalışır.
“Bu çərçivədə Qarabağ müharibələrinin iştirakçıları, Qarabağ məsələsini siyasi kapitala çevirən siyasətçilər və digər şəxslərə qarşı uzunmüddətli həbslər tətbiq oluna bilər.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan, digər Qarabağdan (könüllü-red.) köç etmiş şəxslər və müharibə iştirakçılarına qarşı aparılan təqiblər də bu kontekstdə qiymətləndirilməlidir.
Hələlik aparılan danışıqlar konkret nəticə verməyib. Bununla belə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin səfəri zamanı da bu məsələlərin müzakirə edildiyi barədə məlumatlar yayılıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az