Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Uiker yaydığı yeni bəyanatda İranla razılaşma ilə bağlı ciddi narahatlığını ifadə edib və sənədin ABŞ-nin məqsədlərinə zidd nəticələr doğura biləcəyini bildirib.
Senatorun sözlərinə görə, razılaşma faktiki olaraq “Epik Qəzəb” əməliyyatının nəticələrini sıfıra endirə bilər və bu, Prezidentin qarşıya qoyduğu məqsədlərlə tam ziddiyyət təşkil edir.
O, həmçinin İranın bərpası və iqtisadi inkişafı üçün 300 milyard dollar həcmində fondun yaradılması məsələsinə də toxunub.
Uiker qeyd edib ki, həmin vəsait ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilməsə də, hazırkı şərtlər Barak Obama dövründə 2015-ci il razılaşması çərçivəsində İrana verilən imkanları kölgədə qoyur.
“İranın dəstəklədiyi terror təşkilatı olan və İsrailin şimal sərhədində hücumlarını davam etdirən “Hizbullah”a qarşı əməliyyatları dayandırmağın İsraildən tələb edilməsini səhv hesab edirəm”, - deyə senator bildirib.
Uiker İranla daha 60 günlük danışıqlar aparılması müqabilində sanksiyaların yumşaldılmasına və İran aktivlərinin dondurulmasının ləğv edilməsinə də etiraz edib.
“Mən İranın sadəcə daha 60 gün danışıqlara razı olması qarşılığında ABŞ sanksiyalarının ləğvinə və ya İran vəsaitlərinin dondurulmasının aradan qaldırılmasına da qarşıyam”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az