WSJ: Pentaqona İranla münaqişənin xərclərini qarşılamaq üçün 80 milyard dollar lazımdır

2026/04/1777534670.jpg
Oxunub: 215     09:37     19 İyun 2026    
ABŞ Müharibə Nazirliyi Konqres üzvlərinə İran əleyhinə mümkün hərbi əməliyyatlar və digər xərclərlə əlaqədar əlavə 80 milyard dollar maliyyələşdirməyə ehtiyac duyduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həftənin əvvəlində ABŞ müdafiə nazirinin birinci müavini Stiven Faynberq amerikalı qanunvericilərlə telefon danışıqları apararaq onları Pentaqonun maliyyə ehtiyacları barədə məlumatlandırıb.

Qeyd olunur ki, Müdafiə Nazirliyinin rəhbərliyi Konqresi xəbərdar edib ki, əlavə maliyyələşdirmə təsdiqlənməyəcəyi təqdirdə Pentaqon bu yay vəsait çatışmazlığı ilə üzləşə bilər.

Nəşrin yazdığına görə, belə bir vəziyyətdə ABŞ hərbçiləri bir sıra proqramları, o cümlədən hərbi təlimləri ixtisar etməyə məcbur qala bilərlər.

Mənbələrin bildirdiyinə görə, əlavə vəsait əsasən İranla bağlı hərbi hazırlıq tədbirlərinin və digər müdafiə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   İran  


Bizi "telegram"da izləyin