Makron süni zəkadan istifadə etdiyini etiraf edib

2026/05/1777995341.jpg
Oxunub: 185     09:34     19 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron müxtəlif məqsədlər üçün müntəzəm olaraq süni zəka texnologiyalarından istifadə etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə “France 2” televiziya kanalına müsahibəsində danışıb.

Makron bildirib ki, süni zəkadan bir çox məqsədlər üçün yararlanır.

“Mən, əlbəttə ki, ondan (süni zəkadan) çoxsaylı məqsədlər üçün istifadə edirəm”, - deyə Fransa Prezidenti qeyd edib.

Bununla yanaşı, Makron vurğulayıb ki, qərarların qəbul edilməsini və ya prezident səlahiyyətlərinin icrasını süni zəka sistemlərinə həvalə etmir.

Onun sözlərinə görə, bu texnologiyalar gündəlik fəaliyyətində köməkçi vasitə kimi istifadə olunsa da, dövlət idarəçiliyi ilə bağlı əsas qərarlar insan tərəfindən qəbul edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin