Ordu.az xəbər verir ki, bu barədə Perunun müvəqqəti prezidenti Xose Balsasar Vatikan şəhərində Papa ilə keçirdiyi görüşdən sonra açıqlama verib.
Məlumata görə, səfər təxminən 10 gün davam edə bilər və Peru paytaxtı Lima ilə yanaşı, Papanın əvvəllər yepiskop kimi fəaliyyət göstərdiyi Çiklayo şəhərini və bir sıra digər yeparxiyaları əhatə edəcək.
“Papa çox səmimi idi. O, Çiklayonu xatırlayırdı və biz milli siyasət istisna olmaqla bir çox mövzular, o cümlədən Çiklayonun mətbəxi barədə söhbət etdik”, - deyə Balsasar bildirib.
Peru Prezident Administrasiyasının məlumatına görə, Vatikan şəhərində baş tutan görüş təxminən iki saat davam edib.
XIV Leo bundan əvvəl amerikalı kardinal Robert Prevost kimi tanınırdı. O, 2015-ci ildə Perunun şimal-qərbində yerləşən Çiklayo şəhərinin yepiskopu təyin olunub və Peru vətəndaşlığı alıb.
Məlumata görə, Roma Papası bu ilin sonuna qədər Uruqvay və Argentinaya da səfər etməyi nəzərdən keçirir. Bu səfərlərin Cənubi Amerikaya planlaşdırılan daha geniş tur çərçivəsində həyata keçirilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az