Ordu.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə “France 2” televiziya kanalına müsahibəsində danışıb.
Makron bildirib ki, süni zəkadan bir çox məqsədlər üçün yararlanır.
“Mən, əlbəttə ki, ondan (süni zəkadan) çoxsaylı məqsədlər üçün istifadə edirəm”, - deyə Fransa Prezidenti qeyd edib.
Bununla yanaşı, Makron vurğulayıb ki, qərarların qəbul edilməsini və ya prezident səlahiyyətlərinin icrasını süni zəka sistemlərinə həvalə etmir.
Onun sözlərinə görə, bu texnologiyalar gündəlik fəaliyyətində köməkçi vasitə kimi istifadə olunsa da, dövlət idarəçiliyi ilə bağlı əsas qərarlar insan tərəfindən qəbul edilir.
Sevinc Əliyeva
Ordu.az