Emoməli Rəhmon: "ABŞ-İran müharibəsinin dayandırılması region xalqlarını sevindirib"

2026/06/1781813359.jpg
Oxunub: 145     00:08     19 İyun 2026    
İran və Tacikistan liderləri ABŞ ilə imzalanan anlaşma memorandumunu müzakirə ediblər.

Ordu.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr İran Prezidenti Məsud Pezeşkianın tacikistanlı həmkarı Emoməli Rəhmonla telefon danışığında aparılıb.

"Biz Tacikistan hökumətinin və xalqının həmrəylik, qardaşlıq mövqeyinə görə minnətdarıq", - Pezeşkian bildirib.

E. Rəhmon bildirib ki, ABŞ ilə İran arasında müharibənin dayandırılması haqqında razılaşma region xalqlarını da sevindirib.

İran və Tacikistan prezidentləri iqtisadi, ticari, turizm və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını, eləcə də Tehran və Düşənbə arasında strateji münasibətlərin genişləndirilməsini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəhmon   ABŞ   İran  


Bizi "telegram"da izləyin