Küveyt neft sektorunda fors-major rejimini ləğv edib

2026/06/1781158702.jpg
Oxunub: 200     22:14     18 İyun 2026    
Küveytin Dövlət Neft Şirkəti ABŞ, İsrail və İran arasındakı hərbi münaqişə dövründə tətbiq edilmiş fors-majorun ləğv edildiyini elan edib.

Ordu.az "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Küveytin Hökumət Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Hörmüz boğazının açılması və kommersiya gəmiçiliyinin bərpası fonunda ölkədə neft hasilatı bir həftə ərzində sutkada 2 milyon barelədək artırıla bilər.

Küveyt Neft Korporasiyası vurğulayıb ki, fors-majorun ləğvi barədə qərar regionda vəziyyətin normallaşması və enerji resurslarının tədarükü üzrə logistika marşrutlarının bərpası ilə əlaqədardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   Neft  


Bizi "telegram"da izləyin