Ordu.az "Naharnet" portalına istinadən xəbər verir ki, məhdudiyyətlər, xüsusən də siyasi pillələrdə irəliləmək üçün radikallardan maliyyə dəstəyi alan xristian "Marada" partiyasının lideri Süleyman Franjiyeyə, eləcə də Livan və İsrail arasında sülh prosesinə mane olduğuna görə "Hizbullah"ın siyasi şurasının sədr müavini Mahmud Kummatiyə şamil edilib.
Xatırladaq ki, mayın 21-də Vaşinqton üç deputata, sabiq nazirə və dörd güc strukturu əməkdaşına, habelə İranın Beyrutdakı səfiri Məhəmməd Rza Şeybaniyə qarşı sanksiyalar tətbiq edib.
Ordu.az