ABŞ narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var

2025/11/1762061457.jpg
Oxunub: 213     07:09     19 İyun 2026    
ABŞ ordusu Sakit Okeanda narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən daha bir gəmiyə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca üzdüyünü və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, zərbə nəticəsində üç nəfər ölüb.

Amerika mediasının məlumatına görə, 2025-ci ilin payızından ABŞ ordusunun narkotik daşıyan qayıqlara hücumları nəticəsində 200-dən çox insan olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Narkotik   Gəmi  


Bizi "telegram"da izləyin