Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, həftənin əvvəlində ABŞ müdafiə nazirinin birinci müavini Stiven Faynberq amerikalı qanunvericilərlə telefon danışıqları apararaq onları Pentaqonun maliyyə ehtiyacları barədə məlumatlandırıb.
Qeyd olunur ki, Müdafiə Nazirliyinin rəhbərliyi Konqresi xəbərdar edib ki, əlavə maliyyələşdirmə təsdiqlənməyəcəyi təqdirdə Pentaqon bu yay vəsait çatışmazlığı ilə üzləşə bilər.
Nəşrin yazdığına görə, belə bir vəziyyətdə ABŞ hərbçiləri bir sıra proqramları, o cümlədən hərbi təlimləri ixtisar etməyə məcbur qala bilərlər.
Mənbələrin bildirdiyinə görə, əlavə vəsait əsasən İranla bağlı hərbi hazırlıq tədbirlərinin və digər müdafiə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.
Sevinc Əliyeva
Ordu.az