Ordu.az "Report"a istinadən xəbər verir ki, bu, 27 Aİ dövlət və hökumət başçısı tərəfindən yekdilliklə dəstəklənən Ukrayna sammitinin yekun nəticələrində bildirilib.
Avropa Şurası bir daha vurğulayıb ki, sülh yolu ilə həll ilə bağlı hər hansı qərar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz.
Aİ liderləri Ukraynanın Avropa İttifaqına qəbul prosesi çərçivəsində ilk danışıqlar qrupunun açılmasını alqışlayıblar və ölkəyə hərbi, maliyyə və diplomatik yardımı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Zirvə toplantısında həmçinin Rusiyadan dərhal, tam və qeyd-şərtsiz atəşkəsə razılıq verməyə və mənalı danışıqlara başlamağa çağırılıb. Aİ həmçinin Rusiyanın Ukrayna şəhərlərinə və enerji infrastrukturuna son kütləvi hücumlarını pisləyib və Ukraynaya hava hücumundan müdafiə sistemləri, sursat, dron və raket tədarükünü artırmaq niyyətini təsdiqləyib.
Sənəddə qeyd edildiyi kimi, Rusiyanın enerji ixrac gəlirlərini azaltmaq və sözdə "kölgə donanması"nı hədəf almaq üçün tədbirlər davam etdiriləcək.
Ordu.az