Vens: "İsrailin İranla memorandumu tənqid etməsi ABŞ-yə inamsızlığa əsaslanır"

2026/06/1781536630.jpg
Oxunub: 162     20:09     18 İyun 2026    
İsrailin bu yaxınlarda imzalanmış ABŞ-İran anlaşma memorandumunu tənqid etməsi Vaşinqtona inamsızlığa əsaslanır və razılaşmanın məzmununa uyğun gəlmir.

Ordu.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The New York Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsraildə Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalara həddindən artıq emosional reaksiya müşahidə olunur.

"Mən İsraildəki bu panikanı bir qədər qəribə hesab edirəm, çünki bu, inamsızlıqdan irəli gəlir. Düşünürəm ki, Amerika etimad qazanıb", - ABŞ-nin vitse-prezidenti deyib.

Vens bildirib ki, razılaşmanın İsrail üçün sərfəli olmaması ilə bağlı iddialar faktlarla təsdiqini tapmır. Onun fikrincə, İsrail siyasi elitasının və cəmiyyətinin bir hissəsi memorandumu etibarsız məlumatlara əsaslanaraq yanlış qiymətləndirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin