Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman Kral III Çarlzın doğum gününə həsr edilmiş tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycan qlobal əlaqələri olan dinamik, müasir ölkədir.
"Azərbaycan yeni imkanlar mərhələsindədir, çünki uzun illərdən sonra ilk dəfə olaraq Cənubi Qafqazda möhkəm sülhün real perspektivi yaranır. Sülh region ölkələri arasında ticarət, investisiyalar və əlaqəlilik üçün yeni imkanlar açacaq. İndi vəzifə bu sülhü uzunmüddətli etməkdir. Lakin müşahidə etdiyim bütün dəyişikliklərə baxmayaraq, bir şey dəyişməz qalıb - Azərbaycan xalqının hərarəti və qonaqpərvərliyi", - o qeyd edib.
Ordu.az