ABŞ ordusu Hörmüzdəki İran limanlarının blokadasını ləğv edib

2026/05/1779768577.jpg
Oxunub: 226     23:02     18 İyun 2026    
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı bölgəsində İran limanlarına daxil olan və çıxan gəmilərin blokadasını ləğv edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Bu gün ABŞ Prezidentinin göstərişinə uyğun olaraq, ABŞ Silahlı Qüvvələri İran limanlarına və sahilboyu ərazilərinə daxil olan və oradan çıxan bütün gəmilərin blokadasını ləğv edib. ABŞ qüvvələri gəmilərin İran limanlarına və əks istiqamətə tranzitinə mane olmur. ABŞ Silahlı Qüvvələrinin blokadanın təmin edilməsi istiqamətindəki bütün səyləri dayandırılıb", - bəyanatda qeyd olunub.

CENTCOM bildirib ki, hərbi-dəniz gəmiləri ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşmanın bütün aspektlərinə riayət olunmasını, onun icrasını və tam qüvvədə olmasını təmin etmək üçün həmin ərazidə qalacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Hörmüz  


Bizi "telegram"da izləyin