Pakistanın Baş naziri vasitəçi qismində İran ilə ABŞ arasında memorandum imzalayıb

2026/06/1781801030.jpg
Oxunub: 182     20:40     18 İyun 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif vasitəçi qismində İran ilə ABŞ arasında imzalanan anlaşma memorandumuna qoşulub.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Şahbaz Şərifin mətbuat katibi “Frans Press” agentliyinə bildirib ki, Pakistanın Baş naziri razılaşmanın imzalanma mərasiminin keçirilməsi planlaşdırılan İsveçrəyə səfərini təxirə salıb.

Pakistan hökumətinin nümayəndəsi Moşarraf Zaidi qeyd edib ki, bu qərar İslamabad Anlaşma Memorandumunun artıq elektron formatda imzalanması, qüvvəyə minməsi və icra mərhələsinə keçməsi ilə bağlıdır.

Onun sözlərinə görə, Pakistan razılaşmanın növbəti mərhələlərində də iştirakını davam etdirəcək.

Zaidi bildirib ki, hazırda tərəflər bir sıra texniki istiqamətlər üzrə iş aparırlar və Pakistan həmin proseslərdə də öz rolunu oynayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran   ABŞ  


Bizi "telegram"da izləyin