Ordu.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Riqa şəhərində Azərbaycan və Latviya Xarici İşlər Nazirlikləri (XİN) arasında strateji dialoqun növbəti iclasında müzakirə edilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə də toxunulub.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.
Səfər çərçivəsində nazir müavini F. Rzayev həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində dəyirmi masa müzakirələrində iştirak edib.
Ordu.az