Yaxın vaxtlarda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

2026/06/dxcvx-1781606868.jpg
Oxunub: 189     14:42     16 İyun 2026    
Azərbaycan və Böyük Britaniya yaxın zamanda Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirməyi planlaşdırır.

Bu barədə Ordu.az Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

"Böyük Britaniya və Azərbaycan arasında bu il keçiriləcək Birgə Hökumətlərarası Komissiyanın iclası ərəfəsində strateji tərəfdaşlığa yeni təkan. Böyük Britaniyanın investisiyalar üzrə dövlət naziri Ceyson Stokvud Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı məhsuldar danışıqlar aparıb", – paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Britaniya  


Bizi "telegram"da izləyin