Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qərara əsasən, hər biri dörd il olmaqla iki müddətdən artıq baş nazir vəzifəsində çalışmaq mümkün olmayacaq. Bu dəyişiklik ölkənin keçmiş rəhbəri Viktor Orbanın yenidən hakimiyyətə qayıtması ehtimalını aradan qaldırır.
“Bazar ertəsi parlament tərəfindən təsdiqlənən konstitusiya dəyişikliyi baş nazirin vəzifədə qalma müddətini iki dördillik dövrlə məhdudlaşdırır ki, bu da Orbanın geri qayıtmasını mümkünsüz edir. Qeyd edək ki, o, bu vəzifəni beş dəfə tutub və bunlardan dördü 2010-cu ildən etibarən ardıcıl olub”, - deyə məlumatda bildirilir.
Mənbə qeyd edir ki, bu dəyişiklik Macarıstanın hazırkı Baş naziri Peter Macarın əsas seçki vədlərindən biri olub.
O daha əvvəl ölkədə dərinləşən avtoritarizmin qarşısını almaq və Macarıstanı yenidən Avropa İttifaqına yaxınlaşdırmaq niyyətində olduğunu bəyan etmişdi.
Sevinc Əliyeva
Ordu.az