Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Facebook” səhifəsində yazıb.
“Heyətin Ermənistana səfərini məmnunluqla qarşıladım. Nümayəndə heyətinin üzvləri isə öz növbələrində səmimi qəbula və məzmunlu müzakirə imkanına görə təşəkkür etdilər.
Görüş zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyinə, əldə edilmiş razılaşmaların icrası prosesinə toxunduq, həmçinin ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğuladıq.
Görüşün ikinci hissəsində iştirakçıları maraqlandıran sualları cavablandırdım, regional və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə Qriqoryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az