Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
“Getdikcə daha çox ölkə ABŞ-dən əldə edilməsi çətin olan “Patriot” sistemlərinə alternativ kimi Avropanın SAMP/T NG raketdən müdafiə sistemini qiymətləndirir”, - deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, səhmdarları “MBDA Missile Systems Services SAS” və “Thales SA” olan “Eurosam” şirkəti SAMP/T NG sistemlərinin Küveyt və Macarıstana tədarükü ilə bağlı danışıqlar aparır.
Bununla yanaşı, İsveçrə və Estoniya da daxil olmaqla təxminən 15 ölkə Avropa istehsalı olan bu sistemə maraq göstərib.
Sevinc Əliyeva
Ordu.az