Ünal Üstel: "Şimali Kipr Azərbaycanla birbaşa reyslərin tezliklə açılacağına ümid edir"

2026/06/1781591538.jpg
Oxunub: 143     10:11     16 İyun 2026    
Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında birbaşa çarter reyslərin tezliklə açılacağına ümid edir.

Ordu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ŞKTC-nin Baş naziri Ünal Üstel bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və ŞKTC arasında çarter reyslərinin açılması məsələsində əhəmiyyətli irəliləyiş əldə olunub:

"Azərbaycanın Baş naziri (Əli Əsədov - red.) və aidiyyəti nazirliklərlə aparılan işlər nəticəsində Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında çarter reyslərinin açılması məsələsində mühüm mərhələyə çatılıb. İnanıram ki, imzalayacağımız əməkdaşlıq müqavilələri ilə birlikdə ən yaxın zamanda müntəzəm çarter reyslərinin açılmasının şahidi olacağıq".

Yeni aviareysin yalnız nəqliyyat marşrutu deyil, həm də turizm, ticarət, təhsil və qardaşlıq əlaqələrinin inkişafına töhfə verən körpü olacağını vurğulayan Üstel Azərbaycan və ŞKTC arasında münasibətlərin bundan sonra da güclənəcəyini bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ŞKTC  


Bizi "telegram"da izləyin