İsrail ordusu Livanın cənubundakı 20 yaşayış məntəqəsinin sakinlərinə təxliyə əmri verib

2026/06/1780395688.jpg
Oxunub: 218     13:02     13 İyun 2026    
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən 20 şəhər və kəndin sakinlərinə dərhal əraziləri tərk etmək göstərişi verib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Açıqlamada bildirilib ki, sakinlər evlərini təcili şəkildə tərk edərək Zəhrani çayının şimalında yerləşən ərazilərə köçməlidirlər.

Təxliyə əmri Deyr əz-Zahrani, ən-Nəmiriya, əş-Şərqiyyə, əd-Duveyr, Haruf, Habuş, Kfar-Coz, Zibdin, Nəbatiyyə ət-Taxta, Nəbatiyyə əl-Fauka, Kfar-Rumman, əl-Mahmudiyyə, Sajd, Reyhan, Aramta, Kfar-Şuba, Malki, əl-Lauiza, Carcua və Ərəb-Salim yaşayış məntəqələrinə şamil edilir.

İsrail hərbçiləri vurğulayıblar ki, sakinlər göstərişə dərhal əməl etməli və təhlükəsiz ərazilərə keçməlidirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin