Ordu.az xəbər verir ki, bu barədə Hindistan HHQ-nin məlumatında deyilir.
***
Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb.
Ordu.az-ın məlumatına görə, bu barədə "The Times of India" nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
"Hindistan HHQ-nin "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir", - qurumun nümayəndəsi bildirib.
Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Qurbanlar barədə məlumat yoxdur.
Ordu.az