Böyük hədəflər üçün güclü həll: “Sterling .308 Win SP 180 gr” (VİDEO)

2026/06/1781267801.jpg
Oxunub: 267     16:34     12 İyun 2026    
Ovçuluq, atıcılıq və müdafiə sənayesi üçün yüngül silah sursatlarının istehsalı və satışı ilə məşğul olan TURAÇ şirkəti “Sterling” markası altında yeni .308 “Win SP 180 gr” sursatını təqdim edib.

Ordu.az xəbər verir ki, şirkətin baş direktor müavini Ahmet Akşahin məhsulun xüsusiyyətləri barədə açıqlama verib.

Onun sözlərinə görə, “Sterling .308 Winchester SP 180 grain” modeli Türkiyədə bu çəki sinfində istehsal edilən ilk yerli məhsuldur.

Akşahin bildirib ki, sözügedən sursat yalnız Türkiyədəki ovçular üçün deyil, “Sterling” markası vasitəsilə dünyanın müxtəlif bölgələrindəki istifadəçilər üçün də əlçatandır.

O vurğulayıb ki, sursatın əsas üstünlüklərindən biri yumşaq uclu (soft point) güllə konstruksiyasıdır. Bu quruluş hədəfə dəyməzdən əvvəl deformasiya olaraq enerjinin daha effektiv ötürülməsinə və daha yüksək dayandırıcı təsirin yaranmasına imkan verir.

Şirkət nümayəndəsi qeyd edib ki, 180 grain çəkili sursat xüsusilə iri ov hədəflərinə qarşı daha effektiv nəticələr göstərir.

“Ağır sursat iri hədəflərdə daha yüksək təsir yaradır. Eyni zamanda daha sabit ballistik göstəricilər təmin edir və uzaq məsafələrdə səpələnmənin daha stabil olmasına kömək edir”, - deyə Akşahin bildirib.

Onun sözlərinə görə, Türkiyədə bu çəki kateqoriyasına ciddi maraq var. Bəzi ovçular bu çəkini yerli şərait üçün yüksək hesab etsələr də, məhsulun təqdim etdiyi performans üstünlükləri marağı artırır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sterling   TURAÇ   Türkiyə  


Bizi "telegram"da izləyin