Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hakim koalisiyanı təmsil edən Xristian Demokrat İttifaqının deputatı Andreas Mattfeldt və Sosial Demokrat Partiyasının deputatı Andreas Şvarts yanvar ayında 600 milyon avro dəyərində mobil kəşfiyyat sistemlərinin tender keçirilmədən alınmasına dair müqaviləni bloklayıblar.
Fevral ayında isə onlar gəmilərin pilotsuz uçuş aparatlarından müdafiəsi üçün lazer sistemlərinin yaradılmasına dair 462 milyon avro dəyərində birbaşa müqavilənin qarşısını alıblar.
Bundan başqa, deputatlar zərbə tipli pilotsuz uçuş aparatlarının alınmasına dair bir sıra müqavilələrin dəyərinin məhdudlaşdırılmasını tələb edib və qiymətlərin əsassız şəkildə artdığı müəyyən olunduqdan sonra Bundesver üçün dizel konteynerlərinin satın alınmasını dayandırıblar.
“Financial Times” qeyd edir ki, parlamentarilərin artan nəzarəti bəzi hökumət rəsmiləri və müdafiə sənayesi nümayəndələrinin narazılığına səbəb olub.
Onların fikrincə, əlavə nəzarət mexanizmləri Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesini ləngidir.
Sevinc Əliyeva
Ordu.az