“Telegraph”: Tramp və Xameneyi İranla bağlı çərçivə sazişini hələ təsdiqləməyiblər

2026/05/1779690252.jpg
Oxunub: 336     10:22     25 May 2026    
ABŞ Prezidenti Donald Tramp və İranın ali rəhbəri Müctəba Xameneyi iki ölkə arasında hazırlanmış çərçivə sazişini hələ yekun şəkildə təsdiqləməyiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti amerikalı anonim rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, geniş çərçivəli razılaşma artıq hazırlanıb, lakin sənədin qüvvəyə minməsi üçün Tramp və Xameneyinin yekun təsdiqi tələb olunur.

Qeyd edilir ki, bu proses bir neçə gün çəkə bilər.

Nəşrə danışan Fars körfəzi mənbəsi bildirib ki, region ölkələrinin bütün liderləri bölgədə vəziyyətin sabitləşdirilməsi məqsədilə Trampı atəşkəs təklifini qəbul etməyə çağırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Xameneyi  


Bizi "telegram"da izləyin