Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, diplomat tərəfindən imzalanmış son təklifə əsasən, İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində gəmiçiliyi müharibədən əvvəlki səviyyəyə qaytarmaq üçün addımlar atacaq.
Həmçinin İran, ABŞ və onların müttəfiqlərinin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırıldığını elan edəcəyi ehtimal olunur.
Qəzet qeyd edib ki, təklif İranın nüvə silahı hazırlamaqdan imtina etdiyini təsdiqləməsini və mövcud ehtiyatların razılaşdırılmış qaydada məhv edilməsinə razılıq verməsini də əhatə edir.
Sevinc Əliyeva
Ordu.az