FT: Çin lideri Yaponiya Baş nazirinə görə Tramp ilə görüşdə səsini qaldırıb

2026/05/1779686495.jpg
Oxunub: 372     09:29     25 May 2026    
Çin Xalq Respublikasının Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə keçirilən sammit zamanı Yaponiyanın Baş naziri Sanae Takaçinin müdafiə xərclərini artırmaq planları ilə bağlı danışarkən səsini qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti görüşün gedişindən məlumatlı olan yeddi mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Si Cinpin Yaponiya məsələsi müzakirə olunarkən daha yüksək tonla və daha əsəbi şəkildə danışmağa başlayıb.

Bildirilir ki, Çin liderinin bu reaksiyası ABŞ tərəfini təəccübləndirib, çünki Yaponiya mövzusu bundan əvvəl danışıqlarda qaldırılmamışdı.

Sammit iştirakçılarının sözlərinə görə, Si Cinpinin bu davranışı liderlərin iki günlük görüşünün ən gərgin məqamı olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Cinpin   Tramp  


Bizi "telegram"da izləyin