“Tasnim”: İran aktivlərinin bir hissəsi azad edilmədən ABŞ ilə razılaşma əldə olunmayacaq

2026/05/1779686374.jpg
Oxunub: 345     09:21     25 May 2026    
Tehran ABŞ ilə aparılan danışıqlar zamanı vasitəçilər üzərindən bildirib ki, İranın dondurulmuş aktivlərinin müəyyən hissəsi ilkin mərhələdə azad edilmədən tərəflər arasında razılaşma əldə olunmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran açıq şəkildə bəyan edib ki, dondurulmuş aktivlərinin bir hissəsinin ilk mərhələdə azad olunması və gələcəkdə bütün aktivlərin sərbəst buraxılmasına dair dəqiq mexanizmin təmin edilməsi olmadan heç bir saziş imzalanmayacaq.

Mənbə qeyd edib ki, bu məsələ pakistanlı vasitəçiyə və danışıqlarda iştirak edən bir sıra regional ölkələrə çatdırılıb.

Agentliyin həmsöhbəti vurğulayıb ki, hazırda ABŞ tərəfi İranın dondurulmuş aktivlərinin azad edilməsi də daxil olmaqla, sazişin bəzi müddəalarının icrasına mane olmağa davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Razılaşma  


Bizi "telegram"da izləyin