Tramp bir neçə İslam ölkəsini İbrahim Sazişlərinə qoşulmağa çağırıb

2026/05/1779563744.jpg
Oxunub: 387     05:18     25 May 2026    
ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında saziş əldə olunacağı təqdirdə bir sıra islam ölkələrinin liderlərini İsraillə sülh razılaşmalarına qoşulmağa çağırıb.

Ordu.az-ın məlumatına görə, nu barədə Axios məlumatlı mənbələrə istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə söhbəti zamanı bildirib ki, İranla müharibə başa çatdıqdan sonra o, hələ Abraham sazişlərinə qoşulmayan və ya İsraillə sülh razılaşması olmayan ölkələrin bu prosesə qoşularaq yəhudi dövləti ilə münasibətləri normallaşdıracağını gözləyir.

Portalın danışdığı iki amerikalı məmurun sözlərinə görə, İsraillə rəsmi diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan liderləri Trampın bu müraciətindən təəccübləniblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin