"Çoxqütblü dünyanın qurulması üçün konstruktiv qüvvələri birləşdirmək vacibdir" - Putin

2026/05/1779377660.jpg
Oxunub: 413     22:46     24 May 2026    
Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən “Beynəlxalq Antifaşist Forumu”nun iştirakçılarına müraciətində ədalətli, demokratik və çoxqütblü dünyanın qurulması üçün konstruktiv qüvvələrin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin müraciəti Kremlin rəsmi saytında dərc olunub.

Putin bildirib ki, bu gün dünya ciddi çağırışlar, regional münaqişələr və artan qlobal qeyri-sabitliklə üz-üzədir.

Onun sözlərinə görə, belə şəraitdə bütün konstruktiv qüvvələrin səylərini ədalətli, demokratik və çoxqütblü dünyanın qurulması naminə birləşdirmək xüsusi əhəmiyyət kəsb edir.

Rusiya lideri əlavə edib ki, ksenofobiya, neonasizm, antisemitizm və rusofobiya kimi dağıdıcı ideologiyaların yayılmasına birlikdə qarşı çıxmaq lazımdır.

Putin, həmçinin İkinci Dünya müharibəsi ilə bağlı tarixi həqiqətin və Avropa xalqlarını məhv olmaqdan və köləliyə sürüklənməkdən xilas edən real qəhrəmanlar haqqında həqiqətin qorunmasının vacibliyini qeyd edib.

Onun fikrincə, bu, gələcək nəsillər qarşısında borc və xalqlar arasında həqiqətən tərəfdaş münasibətlərin möhkəm əsasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin