Ordu.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan israilli rəsmi bildirib.
Mənbənin sözlərinə görə, Tramp danışıqlarda İranın nüvə proqramının dayandırılması və bütün zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması tələbində qətiyyətlə israr edəcəyini açıqlayıb.
Rəsmi qeyd edib ki, Tramp bu şərtlər yerinə yetirilməsə, yekun sazişi imzalamayacağını da bildirib.
Mənbənin sözlərinə görə, Vaşinqton Qüdsü Hörmüz boğazının yenidən açılması və mübahisəli məsələlər üzrə yekun saziş danışıqlarının başlanması ilə bağlı anlaşma memorandumu ətrafında gedən prosesdən xəbərdar edir.
O əlavə edib ki, Netanyahu Trampa İsrailin təhlükəsizliyinə “müstəsna sadiqliyinə” görə təşəkkür edib.
Məlumata görə, Netanyahu da öz növbəsində Trampa bildirib ki, İsrail bütün cəbhələrdə mövcud olan təhdidlərə qarşı hərəkət azadlığını qoruyub saxlayacaq.
Agentliyin həmsöhbəti qeyd edib ki, Baş nazir bu prinsipə Livanın da daxil olduğunu xüsusi vurğulayıb.
Onun sözlərinə görə, Tramp da bu prinsipə dəstəyini təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az