Tramp: İranın dəniz blokadası razılaşma əldə olunana qədər qüvvədə qalacaq

2026/04/1776101799.jpg
Oxunub: 356     21:16     24 May 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranla razılaşma imzalanana qədər İranın dəniz blokadasını saxlamaq niyyətindədir.

Ordu.az-ın məlumatına görə, Amerika lideri bunu "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Blokada razılaşma əldə edilənə, təsdiqlənənə və imzalanana qədər tam qüvvədə qalacaq", - Tramp qeyd edib.

O vurğulayıb ki, hər iki tərəf vaxt ayırmalı və hər şeyi düzgün etməlidir.

"Heç bir səhv ola bilməz!" - ABŞ Prezidenti vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin