Pentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır

2026/03/1773037027.jpg
Oxunub: 446     09:01     24 May 2026    
ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.

"Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-cı il üçün nəzərdə tutulan işə qəbul hədəflərinə çatıb və hərbçilərin hazırkı sayı 1,8 milyon nəfərdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ   Ordu  


Bizi "telegram"da izləyin