Ordu.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, Avropa İttifaqı Ukraynada davam edən müharibə ilə əlaqədar 2026-cı il aprelin 23-də yeni sanksiya tədbirləri qəbul edib.
Ümumilikdə 115 fiziki şəxs, şirkət və təşkilatın aktivləri dondurulub və onlara maliyyə vəsaitlərinin təqdim olunması qadağan edilib. Həmin şəxslərə İsveçrəyə giriş və tranzit keçid qadağası da tətbiq olunub.
Sanksiya siyahısına əsasən Rusiya müdafiə sənayesi kompleksi, enerji sektoru və ukraynalı uşaqların deportasiyası ilə əlaqəli şəxslər və qurumlar daxil edilib. Bununla yanaşı, İsveçrə üçüncü ölkələrdən olan yeddi şirkəti hələlik sanksiya siyahısına daxil etməyib.
Ticarət sahəsində isə 60 yeni şirkətə, o cümlədən üçüncü ölkələrdə fəaliyyət göstərən müəssisələrə qarşı ixrac nəzarəti tədbirləri sərtləşdirilib. Bu addımın məqsədinin kritik məhsulların Rusiya müdafiə sənayesinə çatdırılmasının qarşısını almaq olduğu qeyd olunub.
İsveçrə həmçinin Rusiyanın “kölgə donanması” fəaliyyətinə qarşı Avropa İttifaqının tədbirlərinə qoşulub. Bu çərçivədə 46 gəminin alınması, satışı və texniki xidməti qadağan edilib. Eyni zamanda 11 gəmi ilə bağlı əvvəlki məhdudiyyətlər ləğv olunub.
Məlumata görə, Rusiyanın iki limanı və üçüncü ölkəyə məxsus bir limanla əməliyyatlara da qadağa qoyulub. Bundan başqa, Rusiyanın 20 bankı və üçüncü ölkələrdən olan yeddi maliyyə vasitəçisi ilə əməliyyatlar qadağan edilib.
2026-cı il mayın 26-dan etibarən RUBx kriptovalyutası və rəqəmsal rublla əməliyyatlarda iştirak da qadağan olunacaq.
Sevinc Əliyeva
Ordu.az